“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev
Əsas səhifəXəbərlər

Xəbərlər

Siyəzən rayon E. Rəhimov adına Sədan kənd tam orta məktəbinin pedaqoji kollektivi üçün Quba rayonuna ekskursiya təşkil olunmuşdur

News Image

Siyəzən rayon E. Rəhimov adına Sədan kənd tam orta məktəbinin pedaqoji kollektivi üçün Quba rayonuna ekskursiya təşkil olunmuşdur

26 iyun 2026-cı il tarixində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Siyəzən Rayon Komitəsinin təşkilatçılığı ilə Siyəzən rayon E. Rəhimov adına Sədan kənd tam orta məktəbinin pedaqoji kollektivi üçün Quba rayonuna ekskursiya təşkil olunmuşdur.

Ekskursiyanın əsas məqsədi təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili, kollektiv üzvləri arasında əməkdaşlıq və həmrəylik münasibətlərinin daha da möhkəmləndirilməsi, müəllimlərin mənəvi istirahətinin təmin edilməsi olmuşdur.

Səfər zamanı iştirakçılar Quba rayonunun füsunkar təbiəti, görməli məkanları və istirahət imkanları ilə yaxından tanış olmuş, xoş və yaddaqalan anlar yaşamış, səmimi ünsiyyət şəraitində vaxt keçirmişlər. Belə tədbirlər kollektiv üzvləri arasında dostluq münasibətlərinin möhkəmlənməsinə, komanda ruhunun inkişafına və gələcək fəaliyyət üçün motivasiyanın artmasına mühüm töhfə verir.

Siyəzən rayonu Feyruz Cəlilov adına Məşrif kənd tam orta məktəbinin pedaqoji kollektivi üçün Quba rayonuna ekskursiya təşkil olunmuşdur

News Image

Siyəzən rayonu Feyruz Cəlilov adına Məşrif kənd tam orta məktəbinin pedaqoji kollektivi üçün Quba rayonuna ekskursiya təşkil olunmuşdur

7 iyun 2026-cı il tarixində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Siyəzən Rayon Komitəsinin təşkilatçılığı ilə Siyəzən rayonu Feyruz Cəlilov adına Məşrif kənd tam orta məktəbinin pedaqoji kollektivi üçün Quba rayonuna ekskursiya təşkil olunmuşdur.

Ekskursiyanın əsas məqsədi təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili, kollektiv üzvləri arasında qarşılıqlı əməkdaşlığın və həmrəylik ruhunun daha da möhkəmləndirilməsi, müəllimlərin mənəvi istirahətinin təmin edilməsi olmuşdur.

Səfər zamanı iştirakçılar Quba rayonunun füsunkar təbiəti və istirahət məkanları ilə tanış olmuş, xoş və yaddaqalan anlar yaşamış, səmimi ünsiyyət şəraitində vaxt keçirmişlər. Bu cür tədbirlər kollektiv üzvləri arasında dostluq münasibətlərinin möhkəmlənməsinə, komanda ruhunun inkişafına və gələcək fəaliyyət üçün motivasiyanın artmasına mühüm töhfə verir.

Tədbir iştirakçıları ekskursiyanın yüksək səviyyədə təşkilinə görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Siyəzən Rayon Komitəsinə təşəkkürlərini bildirmişdirlər.

Respublika fənn müsabiqəsində Siyəzən rayon V.Qasımov adına Yenikənd tam orta məktəbin şagirdi Hüseynov İbrahimin bürünc medal qazanmasında böyük əməyi olan informatika müəllimi Türkan Əliyevanın və şagirdinin uğurunun qeyd olunması və təbrik edilməsi məqsədilə tədbir keçirildi

News Image

Respublika fənn müsabiqəsində Siyəzən rayon V.Qasımov adına Yenikənd tam orta məktəbin şagirdi Hüseynov İbrahimin bürünc medal qazanmasında böyük əməyi olan informatika müəllimi Türkan Əliyevanın və şagirdinin uğurunun qeyd olunması və təbrik edilməsi məqsədilə tədbir keçirildi

Qürurverici uğur!

23 iyun 2026-cı il tarixində Respublika fənn müsabiqəsində Siyəzən rayon V.Qasımov adına Yenikənd tam orta məktəbin şagirdi Hüseynov İbrahimin bürünc medal qazanmasında böyük əməyi olan informatika müəllimi Türkan Əliyevanın və şagirdinin uğurunun qeyd olunması və təbrik edilməsi məqsədilə tədbir keçirildi.

Tədbirdə Quba–Xaçmaz Regional Təhsil İdarəsinin Siyəzən Rayon Təhsil Sektorunun müdiri Elşad Sultanov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Siyəzən Rayon Komitəsinin sədri Gülər Babayeva və sektorun məsləhətçisi Nəcəf Manafov iştirak edərək müəllimimizi və şagirdimizi qazandıqları yüksək nailiyyət münasibətilə təbrik etdilər. Çıxış edənlər bu uğurun əzmkarlığın, zəhmətin və səmərəli müəllim-şagird əməkdaşlığının nəticəsi olduğunu vurğulayaraq onlara gələcək fəaliyyətlərində daha böyük uğurlar arzuladılar.

Tədbirin sonunda informatika müəllimi Türkan Əliyevanın əməyi yüksək qiymətləndirilərək təşkilatçılar tərəfindən ona gül dəstəsi və Təşəkkürnamə, Respublika fənn müsabiqəsinin bürünc medalçısı Hüseynov İbrahimə isə qazandığı uğur münasibətilə xatirə hədiyyəsi təqdim olundu.

Bu nailiyyətin əldə olunmasında əməyi olan hər kəsə dərin təşəkkürümüzü bildirir, Türkan müəlliməyə və İbrahimə gələcək fəaliyyətlərində daha böyük nailiyyətlər, yeni qələbələr və davamlı uğurlar arzulayırıq.

Uğurlarınız davamlı olsun!

Səbuhi Zeynalov adına Böyük Həmyə kənd tam orta məktəbinin pedaqoji kollektivi üçün Quba rayonuna ekskursiya təşkil olunmuşdur

News Image

Səbuhi Zeynalov adına Böyük Həmyə kənd tam orta məktəbinin pedaqoji kollektivi üçün Quba rayonuna ekskursiya təşkil olunmuşdur

31 may 2026-cı il tarixində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Siyəzən Rayon Komitəsinin təşkilatçılığı ilə Səbuhi Zeynalov adına Böyük Həmyə kənd tam orta məktəbinin pedaqoji kollektivi üçün Quba rayonuna ekskursiya təşkil olunmuşdur.

Ekskursiyanın əsas məqsədi təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili, kollektiv üzvləri arasında qarşılıqlı əməkdaşlığın və həmrəylik ruhunun daha da möhkəmləndirilməsi, müəllimlərin mənəvi istirahətinin təmin edilməsi olmuşdur.

Səfər zamanı iştirakçılar Quba rayonunun füsunkar təbiətindən və rahat istirahət imkanlarından faydalanaraq xoş və yaddaqalan anlar yaşamış, səmimi ünsiyyət şəraitində vaxt keçirmişlər. Belə tədbirlər kollektiv üzvləri arasında dostluq münasibətlərinin möhkəmlənməsinə, komanda ruhunun inkişafına və gələcək fəaliyyət üçün motivasiyanın artmasına mühüm töhfə verir.

65 yaşını tamamlamış təhsil işçilərinin yubileyi qeyd olundu

News Image

65 yaşını tamamlamış təhsil işçilərinin yubileyi qeyd olundu

65 yaşını tamamlamış təhsil işçilərinin yubileyi qeyd olundu.

23 iyun 2026-cı il tarixində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Siyəzən Rayon Komitəsi və Quba–Xaçmaz Regional Təhsil İdarəsinin Siyəzən rayonu üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı, Yeni Azərbaycan Partiyası Siyəzən Rayon Təşkilatının iştirakı ilə Siyəzən rayonu təhsil işçiləri arasında 65 yaşını tamamlamış müəllim və təhsil işçilərinin yubiley tədbiri keçirilmişdir.

Tədbirdə yubilyarların uzunillik səmərəli pedaqoji fəaliyyəti, təhsilimizin inkişafına verdikləri dəyərli töhfələr və gənc nəslin yetişdirilməsində göstərdikləri fədakar xidmətlər yüksək qiymətləndirilmişdir.

Çıxışlardan sonra yubilyarlara Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Siyəzən Rayon Komitəsi tərəfindən fəxri fərmanlar, qiymətli hədiyyələr və gül dəstələri təqdim edilmiş, onlara gələcək həyatlarında möhkəm cansağlığı, uzun ömür və xoş günlər arzulanmışdır.

Ömrünü müqəddəs müəllim peşəsinə həsr etmiş bütün yubilyarlarımızı ürəkdən təbrik edir, onlara sağlamlıq, firavanlıq və yeni uğurlar arzulayırıq!

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə və Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunmuş “Xəmsə” milli intellektual oyununun final mərhələsi keçirilmişdir

News Image

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə və Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunmuş “Xəmsə” milli intellektual oyununun final mərhələsi keçirilmişdir

25 may 2026-cı il tarixində Siyəzən rayonunda,rayon ümumtəhsil müəssisələrində fəaliyyət göstərən təhsil işçiləri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə və Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunmuş “Xəmsə” milli intellektual oyununun final mərhələsi keçirilmişdir.

Tədbir Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Siyəzən Rayon Komitəsi, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Siyəzən rayonu üzrə təhsil sektoru və Yeni Azərbaycan Partiyası Siyəzən rayon təşkilatının birgə təşkilatçılığı ilə baş tutmuşdur.

İntellektual yarışın keçirilməsində əsas məqsəd Ümummilli Lider Heydər Əliyevin zəngin irsinin təbliği, müəllimlər arasında əməkdaşlıq münasibətlərinin gücləndirilməsi, bilik və dünyagörüşünün inkişaf etdirilməsi, həmçinin müstəqillik və vətənpərvərlik ruhunun aşılanması olmuşdur.

Yarışda rayonun müxtəlif ümumtəhsil müəssisələrini təmsil edən 17 komanda iştirak etmişdir. Gərgin və maraqlı mübarizə şəraitində keçən mərhələlərdən sonra ən güclü komandalar final mərhələsində mübarizə aparmışlar.

Yekun nəticələrə əsasən Siyəzən şəhər 6 nömrəli məktəb-liseyin “Xarı Bülbül” komandası I yerə layiq görülmüşdür. Böyük Həmyə kənd orta məktəbinin komandası II yeri, Məşrif kənd tam orta məktəbinin komandası isə III yeri qazanmışdır.

I yerin qalibləri olan “Xarı Bülbül” komandası Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Siyəzən Rayon Komitəsi tərəfindən hədiyyələrlə mükafatlandırılmışdır. Qalib komandalar diplom və mükafatlarla təltif olunmuş, onların uğurları tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanmışdır.

Tədbir boyu milli-vətənpərvərlik, birlik və həmrəylik ruhu xüsusi şəkildə hiss olunmuş, çıxış edənlər bu cür intellektual yarışların müəllimlər arasında sağlam rəqabət mühitinin formalaşmasına və milli-mənəvi dəyərlərin təbliğinə mühüm töhfə verdiyini vurğulamışlar.

Sonda təşkilatçılar bütün iştirakçılara, müəllimlərə və dəstək göstərən şəxslərə minnətdarlıqlarını bildirmiş, belə layihələrin gələcəkdə də davamlı şəkildə keçiriləcəyini qeyd etmişlər.

Şəhidimiz Asif Adil oğlu Əliyevin anası, Siyəzən rayonu Y. İbrahimov adına Zarat kənd tam orta məktəbinin texniki işçisi Rəna Əliyeva doğum günü münasibətilə təbrik olunmuşdur

News Image

Şəhidimiz Asif Adil oğlu Əliyevin anası, Siyəzən rayonu Y. İbrahimov adına Zarat kənd tam orta məktəbinin texniki işçisi Rəna Əliyeva doğum günü münasibətilə təbrik olunmuşdur

Şəhid anası təbrik edildi.

Şəhidimiz Asif Adil oğlu Əliyevin anası, Siyəzən rayonu Y. İbrahimov adına Zarat kənd tam orta məktəbinin texniki işçisi Rəna Əliyeva doğum günü münasibətilə təbrik olunmuşdur.

Bu münasibətlə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Siyəzən Rayon Komitəsinin sədri Gülər Babayeva Zarat kənd tam orta məktəbinə yollanaraq şəhid anası ilə görüşmüş, ona rayon komitəsinin səmimi təbrik və xoş arzularını çatdırmışdır.

Görüş zamanı Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidimiz Asif Əliyevin əziz xatirəsi dərin ehtiramla yad edilmiş, onun göstərdiyi şücaətin xalqımızın qəlbində daim yaşayacağı vurğulanmışdır. Bildirilmişdir ki, şəhid ailələrinə diqqət və qayğı göstərilməsi dövlətimizin və cəmiyyətimizin daim diqqət mərkəzində olan ən önəmli məsələlərdəndir.

Komitə tərəfindən Rəna anaya doğum günü münasibətilə gül dəstəsi və hədiyyə təqdim edilmiş, ona göstərdiyi mərdlik, səbir və vətənpərvər övlad yetişdirdiyi üçün minnətdarlıq ifadə olunmuşdur.

Rəna ana göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirmiş, şəhid ailələrinin unudulmamasının onlar üçün böyük mənəvi dəstək olduğunu qeyd etmişdir.

Sonda şəhidimizin əziz ruhuna ehtiram ifadə edilmiş, Rəna anaya möhkəm can sağlığı, uzun ömür, ailə səadəti və daim xoş günlər arzulanmışdır.

İlknur Ağamalıyeva “Ən yaxşı təqdimat” müsabiqəsində iştirak edərək III yerə layiq görülmüşdür

News Image

İlknur Ağamalıyeva “Ən yaxşı təqdimat” müsabiqəsində iştirak edərək III yerə layiq görülmüşdür

Uğurumuz davam edir!

Siyəzən şəhəri Nazim Əsədov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbinin 10-cu sinif şagirdi İlknur Ağamalıyeva “Ən yaxşı təqdimat” müsabiqəsində iştirak edərək III yerə layiq görülmüşdür.

Bu münasibətlə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Siyəzən Rayon Komitəsinin sədri Gülər Babayeva, Siyəzən Rayon üzrə Təhsil Sektorunun müdiri Elşad Sultanov, sektorun məsləhətçisi Nəcəf Manafov və Siyəzən rayonu üzrə maliyyə-iqtisad sektorunun aparıcı məsləhətçisi Emil Niftəliyev məktəbdə olaraq şagirdimizi və müəllim kollektivini təbrik etmişlər.

Şagirdimizin bu uğurunda böyük əməyi olan müəllimlər Leyla Vahabzadə və Bəşarə Əliyeva də xüsusi təşəkkür və təbriklərlə qeyd olunmuşdur.

Sonda Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Siyəzən Rayon Komitəsi tərəfindən müəllimlərə təşəkkürnamə və gül dəstələri, şagirdimiz İlknur Ağamalıyevaya isə gül dəstəsi təqdim edilmişdir.

Şagirdimizə gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!

Siyəzən rayonu Qozağacı kənd ümumi orta məktəbinin kollektivi üçün Quba rayonuna gəzinti

News Image

Siyəzən rayonu Qozağacı kənd ümumi orta məktəbinin kollektivi üçün Quba rayonuna gəzinti

10 may 2026-cı il tarixində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Siyəzən Rayon Komitəsinin təşkilatçılığı ilə Siyəzən rayonu Qozağacı kənd ümumi orta məktəbinin kollektivi üçün Quba rayonuna gəzinti təşkil olunmuşdur.

Gəzintinin təşkilində əsas məqsəd təhsil işçilərinin asudə vaxtlarının səmərəli təşkili, kollektiv üzvləri arasında əməkdaşlıq və mehriban münasibətlərin daha da möhkəmləndirilməsi olmuşdur. Quba rayonunun füsunkar təbiəti və gözəl mənzərələri iştirakçılarda xoş təəssüratlar yaratmış, səfər kollektivin birlik və həmrəyliyinin güclənməsinə töhfə vermişdir.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə və Müstəqillik Gününə həsr olunmuş “Xəmsə” Milli İntellektual Oyunu keçirilmişdir

News Image

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə və Müstəqillik Gününə həsr olunmuş “Xəmsə” Milli İntellektual Oyunu keçirilmişdir

Siyəzən Rayon İcra Hakimiyyətinin, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Siyəzən Rayon Komitəsinin, Siyəzən rayonu üzrə Təhsil Sektorunun və Yeni Azərbaycan Partiyası Siyəzən Rayon Təşkilatının birgə təşkilatçılığı ilə 7 may 2026-cı il tarixində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə və Müstəqillik Gününə həsr olunmuş “Xəmsə” Milli İntellektual Oyunu keçirilmişdir.

Siyəzən rayonunun ümumtəhsil məktəblərinin pedaqoji heyəti arasında təşkil olunan yarış müəllimlər tərəfindən böyük maraq və yüksək əhval-ruhiyyə ilə qarşılanmışdır. Yarışın əsas məqsədi müəllimlər arasında intellektual bilik mübadiləsinin genişləndirilməsi, milli-mənəvi dəyərlərin təbliği, əməkdaşlıq və komanda ruhunun gücləndirilməsi olmuşdur.

Gərgin və maraqlı mübarizə şəraitində keçirilən seçim mərhələsinin nəticələrinə əsasən final mərhələsində iştirak hüququ qazanan komandalar aşağıdakılardır: 1. Balaca Həmyə kənd məktəbinin “Xəmsə” komandası

2. Şəhər 2 nömrəli məktəbin “Mikayıl” komandası

3. Şəhər 6 nömrəli məktəb liseyin “Xarıbülbül” komandası

4. Sədan kənd məktəbinin “Sədan” komandası

5.Məşrif kənd məktəbinin “Məşrif” komandası

6.Böyük Həmyə kənd məktəbinin “Zəkalar” komandası

7. Şəhər 3 nömrəli məktəbin “Zirvə” komandası

8. Siyəzənkənd məktəbinin “Zenit” komandası

Final mərhələsində iştirak edəcək bütün komandalara uğurlar arzulayırıq!

Siyəzən rayon Yenikənd kənd tam orta məktəbi

News Image

Siyəzən rayon Yenikənd kənd tam orta məktəbi

29 aprel tarixində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Siyəzən Rayon Komitəsinin sədri Gülər Babayeva, Quba-Xaçmaz Regional Təhsil İdarəsi Siyəzən Sektorunun müdiri Elşad Sultanov və Siyəzən rayonu üzrə təhsil sektorunun məsləhətçisi Nəcəf Manafov Siyəzən rayon Yenikənd kənd tam orta məktəbində olublar.

Onlar məktəbin IX sinif şagirdi Qurbanlı Əsmanın Respublika Fənn Olimpiadasında tarix fənni üzrə III yerə layiq görülməsi münasibətilə Əsmanı və onun tarix müəllimi Lalə Səfərovanı təbrik edərək bu uğuru yüksək qiymətləndiriblər.

Görüş zamanı məktəb kollektivi ilə səmimi fikir mübadiləsi aparılıb, əldə olunan nailiyyətin əhəmiyyəti vurğulanıb və gələcək hədəflər ətrafında müzakirələr aparılıb. Bildirilib ki, bu cür uğurlar həm məktəbin, həm də rayon təhsilinin inkişafında mühüm rol oynayır.

Məktəbin direktoru Şahin Səfərov çıxış edərək kollektivin əzmlə fəaliyyət göstərdiyini qeyd edib, qazanılan nailiyyətlərin davamlı olacağına və gələcəkdə daha böyük uğurların əldə ediləcəyinə əminliyini ifadə edib.

Sonda Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Siyəzən Rayon Komitəsi tərəfindən Lalə Səfərova təşəkkürnamə ilə təltif olunub, Lalə müəlliməyə və Qurbanlı Əsmaya gül dəstələri təqdim edilib.

Uzun illər ərzində təhsil sahəsində göstərdiyi səmərəli və fədakar fəaliyyətinə görə

News Image

Uzun illər ərzində təhsil sahəsində göstərdiyi səmərəli və fədakar fəaliyyətinə görə

Siyəzən şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyanın direktoru Qədəşov Xalidşah Seyidşah oğlu uzun illər ərzində təhsil sahəsində göstərdiyi səmərəli və fədakar fəaliyyətinə görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Siyəzən Rayon Komitəsi tərəfindən Fəxri fərmanla təltif olunmuş, həmçinin ona qiymətli hədiyyə təqdim edilmişdir.

Qeyd edək ki, Xalidşah müəllim 1986-cı ildə baş vermiş Çernobıl hadisəsinin iştirakçısı olmuş, həmin dövrdə də vətəndaşlıq borcunu layiqincə yerinə yetirmişdir.

Biz Xalidşah müəllimə gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayır, onun təhsil sahəsindəki dəyərli əməyinin davamlı olacağına inanırıq.